Sənə qurban Azərbaycan,özün özünə qənimsən.Baxma mənə yad gözüylə,mən səninəm, sən mənimsən.

Sən pələngsən, Azərbaycan,tülkülərdi yanın-yörən.Tanıyıbdı onlar səni,bir az da sən tanı, öyrən.

Layla çalıb yatızdırır,düşmənlərin axşam-səhər.Millət qalıb ayaq altda,yata bilməz qoç igidlər.

Tarix səndə, zəka səndə,var səndədir, dövlət səndə.Ən qədim dağlar, dərələr,ad səndədir, hörmət səndə.

Yadda saxla sözümü,unutmasın nəsillər.

¹ Təbriz Universiteti

Məğrur millət döyüşər,məzlum millət əzilər.

Öyrən nifrət etməyi,gör, o nədən başlayır.Bəlkə milləti sevmək,bu nifrətdən başlayır?!

Qulaq asma natiqə,yatızdırır, sən ayıl.Adı sənin olsa da,dili səninki deyil.

Danır o səni, məni,üzündə qara ləkə.Azərbaycan var oğlum,yeddi milyon bir ölkə!

Neçə ki, əldə silah,başda ağıl var, oğlum;vuruşsun millət gərək,yoxsa, yox olar, oğlum.

Yoxsa öz torpağındabu millət günü qara, –xörək paylayan olar,bu fars qurumsaqlara.Çay dəmləyən, aş süzən,söz aparıb-gətirən,mən varam deyə-deyə,mənliyini itirən,özgənin tarixiyləfəxr eləyən kimsəsiz.Vuruşur şanlı Bakı,SƏS VER BAKIYA, TƏBRİZ!

Tehran, 13 fevral, 1993

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən