Dostumla baş-başayam,bircə dəyməyin mənə,Dənizimlə qoşayam,bircə dəyməyin mənə.Dəniz dərdi ovudar,sakit edər insanı,Dənizin çox gücü var,dəniz sevir tufanı.Səni oxşayır dəniznazlı körpələr kimi.Bəzən qovar yanından,qovar dərbədər kimi.Tufanlı, canlı dəniz,min bir lisanlı dəniz.İnsan kimi vəfalıvə istiqanlı dəniz.Bircə dəyməyin mənə,dostumla baş-başayam.Bircə dəyməyin mənəmən dənizlə qoşayam.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar