Yaz gecəsi
Ağaclar pıçıldaşır,Çiçəklər danışırdı.Ulduzlar göy üzündənHey baxıb qımışırdı.Səs-səmir kəsilirdiHər yandan yavaş-yavaş.Çiçəklər bir-birininÇiyninə qoyurdu baş.Güllər mürgüləyirdi,Yuxlayırdı kəpənək:Yatıb dincin alırdıYaşıl ot, sarı çiçək.Meh əsir, yırğalayırYatmış otu, çiçəyi.Meh əsir, oxşayırdı,Yuxulu kəpənəyi.
Kitabxana.az · https://kitabxana.az/works/nigar-refibeyli-yaz-gecesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir