Qara dəniz sularında əriyir axşam,Uzaq sahillərdə işıqlar yanır...Könlümdə bir şirin əməl oyanır.

Tökülsün ulduzlar Qara dənizə,Bu qara dalğalar dönsün gündüzə,Çıxsın göy sulardan gecələr qızı,Ucalsın göylərdə səhər ulduzu,Çəkilsin gecələr Qara dənizdən.Gülsün bizim kimi Qara dəniz də!

Qara dəniz sularında əriyir axşam,Uzaq sahillərdə işıqlar yanır,Könlümdə bir şirin əməl oyanır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar