Bir ömrü yüz ömrə calasam beləİnsanlara borcum qurtarmaz mənim.Paylardım yurdumun çiçəklərini,Azalaydı borcum kaş bir az mənim.

Borcluyam həkimin nicat əlinə,Vətən havasına, vətən gülünə...Borcluyam elimin şirin dilinə,Qurtarmaz borclarım heç bu yaz mənim.

Vəfalı dostlara borcluyam xeyli,Bu doğma torpağa-daşa borcluyam,Qardaş qayğısıyla sevən dostlara,Ala gözlərdəki yaşa borcluyam.

Bahar, səxavətin artıqdır sənin,Deyirəm, borcumuz qalmasın daha.Gəl sənin qoynunda süfrələr açaq,Uzansın məclislər, çəksin sabaha...

Bir az da möhlət ver, aparma, ölüm,Qoy bu borclarımı qaytarım, gedim,Dünyaya məhəbbət borcum var mənim,Qoy ki, haqq-hesabı qurtarım gedim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən