Bahardı, hər tərəf güldü, çiçəkdi,Güllər bir-birindən xoşdu, göyçəkdi.Gördüm ki, başını əymiş qərənfil,Dedim: – Kim xətrinə dəymiş qərənfil?!Dedi ki, nərgizdən, lalədən, güldən,Neyləyim, ətirli yaranmadım mən.Seyr et bu gülzarı amandır bir az,Heç bir fikir verməyir burda mənə yaz?..Bülbül gülün olmuş eşqindən dəli,Nəyinə lazımdır dünya gözəli?Çəmən xoş ətirli güllərlə dolmuş,Yar seçib könlünə burda vurulmuşNərgizə göyərçin, laləyə kəklik;Mənimsə bəxtimə yazıldı təklik,Yasəmən gözləyir gülgün səhəri,Oxşayır kölgələr bənövşələri;Məni nə oxşayan, nə də sevən varHeç görməyir məni elə bil bahar.Gəl başlama – dedim – şikayətə sən,O nazik qəlbinlə bu gənc ömründənGəl başını qaldır, gözəl qərənfil,Sənə bu küskünlük yaraşmayır bil.Coşqun bir bahardır ömrün hər dəmiBurax, qərənfilim, bu yersiz qəmi,Sənin də öz ətrin, öz rayihən var,Doğma bir anadır sənə bu bahar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq