Günəşdən gənclik istədim,Dənizdən coşqun həvəs.Meşədən dinclik istədim,Küləkdən ilıq nəfəs.Güllərdən ətir istədim,Quşlardan iti qanad.Yarpaqdan çətir istədim,Ömürdən coşqun həyat.Dağdan əzəmət istədim,İnsanlardan məhəbbət.Nə istədim, nə istədim –Verdi mənə təbiət.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar