Dəryada bir mayak yanır,Gəmilərə yol göstərir işığıyla.Uzaq yollar yolçusununQəlbini fərəhlə doldururümid verən yaraşığıyla.Dəryada bir mayak yanır,Bir qadın yandırıronu hər axşam,Onu bir ana yandırır, –uzağa gedən gəmilərinyolunuO öz ana qəlbininməhəbbətilə işıqlandırır...Uzaqda qalırDoğma sahillər,Uzaqda qalır vətən torpağınınişıqları,Köpüklü dalğalarıyararaq,Uzaqlaşır gəmilərgecəyarı.Gəmilərin yolunaişıq saçırAna qəlbininümid çırağı.Uzaqlarda qalırdoğma sahillər,Uzaqlarda qalırəziz ana torpağı...Dalğaları yara-yaragedir gəmi uzaqlara...Qəlbində vətən məhəbbətiləyaşayan,Sinəsində vətəninmüqəddəs sevgisini daşıyanİnsanların yolunuişıqlandıran,Dəryalara nur saçıbmayak yandıranAnaların müqəddəs,xeyirxah niyyətidir,Əbədi bir çıraqtəkyolları işıqlandıranYüksək, böyük, müqəddəsVətən məhəbbətidir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən