Xizəkdə gəzə bilmirəm,Şaxtaya dözə bilmirəm.Buz üstə sürüşməyə dəyoxdur halım...Cənubda Xəzər sahilində qalıbfikrim, xəyalım.Bakının iliklərimə işləyənƏsəbi küləklərini istəyirəm.Axşamları boz dumana bürünənQaraşəhəri istəyirəm.Dağüstü parkdanBayıl burnuna qədərMuncuq-muncuq düzülənÇıraqların işığını görürəm,BakınınAxşam yaraşığını görürəm.

Əsrlərin dalınca lal-dinməzbaxa-baxa qalan,Dünyadan karvanlar yola salan,ehtişamından ləzzət alanQız qalası üçün darıxıram.DənizinHəzin və kövrək laylası üçündarıxıram.İnsanlar duyur,Dostlar gözlərimdən oxuyurQəribsəyən könlümünintizarını,Ətrafımı alırlarSöz açıb şirin-şirin,Vəsf edirlər Azərbaycan baharını.Biri zümrüd GöygölünHüsnü-təbiətindən danışır,Biri əmlik kababınınləzzətindən danışır;Biri qırqovul,turac ətindən danışır.Biri əfsanəvi Neft daşlarınınQəhrəmanlıq şücaətindən danışır...Biri Azərbaycan bayatılarınınsəmimiyyətindən danışır.Biri Sabir şerininhikmətindən danışır,Könlümü qızdırır şaxtadadost qəlblərinin ünsiyyəti.Nə qüdrətlisən, insan hərarəti.Dost dilində əzbər olanYurdum, şöhrətim mənim,Nizami ünvanlı,Füzuli imzalımillətim mənim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən