Rübailər
Məhsəti Gəncəvi
Xalqın başında gər olsan da bir tac,Ağladar səni də bir gün ehtiyac.Xalqın dərdinə qal, ona yaxın ol,Qorx o gündən özün olasan möhtac.
Bu dünya bir qızıl kuzəyə bənzər,Suyu gah şirindir, gah da ki, zəhərÇox da öyünmə ki, uzundur ömrün,Əcəl köhlənində hazırdır yəhər.
Qızıl dedi: “Mənəm hər günə gərək,Duz kimi möhtacdır mənə hər xörək.Məni ölü kimi basdırmayın siz,Həyat üçün mənəm ən yaxın kömək”.
Boy-buxunu, çiyni nöqsanlıdan dad,Namərd kişilərdən yaxşıdır arvad.Bivəfa dostlardan düşmən yaxşıdır,Etibarsız dostu yadından çıxart.
Nədən səni belə yandırdılar, şam,Yaddan çıxartdılar burda bir axşam?Sən özün dilə gəl, neyləsin, əgərYaranmışsa ancaq yanmaqçün adam?!
Qəminin eşqilə cahana gəldim,Canımı eşqinə qurbana gəldim.Bu könlüm qəminin məkanıdır, yar,Qəmini çəkdikcə mən cana gəldim.
Xərabatdan çıxan bir ay ucaldı,Fələyin damında bir çadır saldı.Qəflətən ucaldı Hatifdən bir səs:“Bu dünya bir saman çöpünə dəyməz?!”
Arvadla kişini bağlayar kəbin,Bu işə yol verir şəriət, ayin.Mənimsə kəbinim bir rübaidir,Varmı bu kəbinə yol verən, bir din?
O dərya təbinlə bəhsə girərək,İstəsən lovğalıq etməsin fələk;Lütfi-kərəm qılıb buyur saqiyə,Sənin piyaləni doldursun tək-tək.
Əlimdə qədəhlə sənin küçəndənHər gecə, sevgilim, sərxoş keçdim mən.Eşqi şərab kimi tökdüm qədəhə,Huşa getdim, düşüb sındı əlimdən.
Dur çəngi dindirək, bir ülfət qataq,Şərab içək, arı, namusu ataq!Hiylə şüşəsini çalıb daşlara,Canamazı bir cam şəraba sataq.
Dedim: məsləhət ver bizə, ey ürək,Şirin meydən içək, acıdan içək?Dedi acıdan iç, yoxsa ŞirinəVurğun deyilsən ki, sən də Fərhadtək.
Bu vüsal gecəsi, amandır, yatma!Murada yetməyə zamandır, yazma!Xumar gözlərini qapama, ey yar,Bu, ələ düşməyən bir andır, yatma!
Hələ mey var ikən, ey nigar, yatma,Busəsiz qalarsa dodaqlar, yatma!Gecə qaranlıqdır, badələr aydın,Xəlvət bir guşədir, mey də var, yatma.
Gül üzdən niqabı aç gül əyyamı,Doldur gül fəslində şərabla camı:Sən kimi yar ilə səhər mey içən –Aşiqin gül vaxtı coşar ilhamı.
Toxunma könlünə biçarə gülün,İncitmə qəlbini avarə gülün;Səbanın eşqiylə olmuşdur, ey dost,O qanlı köynəyi sədparə gülün.
Vüsalında dolu gecələr getdi,Kirpiyimdən düşən incilər getdi.Ürək rahatlığım, munisim, hər şey,Sən getdin, səninlə bərabər getdi.
Necə deyim eşqin nə cəfa verdi,Ürəyin mənə nə vəfa göstərdi.Gecə zülfün kimi uzun olaydı,Deyəydim hicrində çəkdiyim dərdi.
Hicrində gündüzüm gecə oldu, yar!Zamanın əlindən könlüm qan ağlar.Göndər xəyalını bizə bir gecə,Görsün necə üzür məni intizar.
Məni yerə yıxıb o qəssab kəsdi,Dedi: “Güman etmə, bu son nəfəsdi”.Düşüb ayağıma üzr istədi o,Demə, ayağımdan soymaqmış qəsdi.
Sən qəssabsan, mənsə qurbanınam, bax,Dözərəm çatsa da sümüyə bıçaq,Adətdir, satırsan kəsdiyini sən,Məni öldürsən də, gəl, satma ancaq!
Ləl mədənidir, ey sap, məskənin,Küləyin atıyla yarışır tənin.İynəsində yarın nə azdır ömrün,Çimdiyin ki, həyat suyudur, sənin.
Kitabxana.az · https://kitabxana.az/works/nigar-refibeyli-rubailer
← → düymələri ilə keçid, R — təsadüfi şeir