Nə gözəldir son baharınqızıl pərli paltarı,Meşələrəyanğın salan ağaclarınalov rəngli yarpaqları.Yaşıl məxmər örtüklü düzlərəağaclardan əlçim-əlçimQızıl, sarı yarpaqlar tökülür.Solğun günəşüfüqdən qəmli-qəmli gülür,Payız, barlı payız,qəmli, qübarlı payız,Qapıları qış alacaq,qəmli-qübarlı payız,təbiət yerə ağ bir örtük salacaq.Dərələrdənyasəmən rəngli dumanlarsürünəcək.

Gecələr aybuludların arasındaoğrun-oğrun görünəcək.Qış gəlir,qışın nə gücü var –Könüllərdə bahardırsaürəklərdə qaynayıb-coşansonsuz böyük arzulardırsa.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar