Ana məhəbbəti
Mən analıq duyğusunuQul etmədim şan-şöhrətə.Ən müqəddəs hisslərimiBağladım bir məhəbbətə...Üç beşiyin arxasındaBəzən sübhədək oturdum,Nəğmələrdən, şeirlərdənMən onlara dünya qurdum.Gözlərim yuxusuz qaldıÜfüqdə dan söküləndə...Al şəfəqlər saçaq-saçaqOtağıma töküləndə...Körpələrin dodağındaXoş gülüşlə açdı səhər.Mənim könül aləmimdənUçub qalxdı xoş nəğmələr...Yuxusuzluq yandırandaGözlərimin səhər üzü,İsindirdi ürəyimiAna sözü, ana sözü...Bu söz körpə dodağındaNə dadlıdır, nə şirindir,Ana-bala məhəbbətiNə zərifdir, nə dərindir...Qoruyaq bu məhəbbətiBədnəzərdən, bədnəfəsdən,Qoruyaq bu məhəbbətiKobud səsdən, acı səsdən.Ana-bala məhəbbətiDünyanın arzularıdır,Bu analar, bu körpələrİnsanlığın baharıdır.
Kitabxana.az · https://kitabxana.az/works/nigar-refibeyli-ana-mehebbeti
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Yarəb, nə nur imiş ki, məni yaxdı narına,Yarəb, nə zat imiş ki, məni çəkdi darına?
Eşq əhli bu afaqda rüsva gərək olsunEşq əhli bu afaqda rüsva gərək olsun,Məcnun kimi sərgəşteyi-səhra gərək olsun.
DilbərEy yüzü gül, ləbi qönçəSiyah zülfü rəsən dilbər
Ey dil, gəl uyma, bəsdi, məcazi məhəbbətəEy dil, gəl uyma bəsdi, məcazi məhəbbətə,Aldanma ol hüsndə olduqca ülfətə.