Karvan bulud, karvan bulud,Gurlayırsan belə nədən?Əbəs yerə səs salmaqdanHəzz alırsan yoxsa ki, sən?Karvan bulud, karvan bulud,Boş-boş gəlib gurlama baxGörürsənmi susuz yanırAltındakı qara torpaq.Bağrı yanıq səhralaraYağış yağdır, su səpələ.Əməyindən fayda çıxsınDoğma yurda, doğma elə.Ölkəmizin bağçalarıYaşıllaşsın, açsın çiçək.

Boş gurlama, karvan bulud,Yerə yağış yağdır görək.Guruldayıb göy üzündəSəs-küy salma, bircə dayan.Nə fayda var, bu dünyadaBoş gurlayıb, səs salmaqdan.Mənim könlüm qüssələnsə,Qəm doldursa piyaləmi –Alıb şeir yaradaramKönlümdəki sısqa qəmi.Həsrət mənə hücum çəksəƏsir edib mən hicranıBir saf hissə çevirərəm,Dar edərəm bu dünyanı,Vicdanımda baş qaldıranHər faydasız hissə, dərdə,Yol vermərəm yuva quraÜrəyimdə hər namərdə.Gəl dost olaq, yağış yağdır,Qoy sulansın boz səhralar.Boş-boş gəzir gurlamaqdanBu dünyada nə fayda var?Görürsənmi, karvan bulud,Sənin kimi mən də varam.Ancaq yağış yağdırmasanMən boş yerə gurlamaram.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar