Dağ yolları
Qalxdıqca yuxarı dağ yollarıylaİnsanın ürəyi fərəhlə dolur,Döşündə buz kimi bulaqlar axanDağların səfası nə gözəl olur.
Çağırır yamacda çiçək çiçəyi,Yaşıl çəmənlərin gözəl çiçəyiSalanda başına əlvan ləçəyiBu xoş mənzərəyə könül vurulur.
Dağların yüz donu, yüz libası var,İnsana can verən xoş havası var.Qışda çovğun olub töküləndə qar,Narın çiçəklərin al rəngi solur.
Əsməsin dağlarda xəzan yelləri,Sinəsi həmişə güllü yaz olsun.Sərin bulaqların əziz qonağıMey-məzəli dostlar, bir də saz olsun.
Dost gəlib su içsin buz bulaqlardan,Bizdən ayrı düşsün qoy acı hicran.Bu dağ yollarıyla yüksəlib qalxanXoşbəxt ömür sürən oğlan, qız olsun.
Kitabxana.az · https://kitabxana.az/works/nigar-refibeyli-dag-yollari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Gəl ey badi-səba, söylə dilimdən şəm tək yarə,Qıl əfğan, ağla, şərh elə ki bəsdir yandım odlarə
Hər kim ki, hicri-yar ilə düşsə dimağdənHər kim ki, hicri-yar ilə düşsə dimağdən,Heç açılırmı könlü onun seyri-bağdən?
MürəbbeAnın üçün uymaz qeyriyə könlüm,Bir əcəb molladır mənim sevdiyim,
Dənizi fəth edənlərinSaçlarımda qar,Könlümdə bahar,