Tahir və Şahnabat dastanı
Dostum, mən bu dastanıİstəmirəm uzatmaq,İki sevən ürəyinbir eşqi vardı ancaq.Onlar cavan yaşındaƏhdü-peyman etdilər,Fəqət həyat yolundaBaşqa yolla getdilər.Şahnabat qoca bir aliməərə getdi,Dövlətə, vara getdiQulağında, barmağındaparladı qiymətli daş-qaşı,Hərdən gizli-gizli axdıŞahnabatın göz yaşı.Tahir əsgər getdi,Döyüş meydanında yaralar aldı.Oxudu,hərbi rütbələr qazandı,Yaralar sağaldı,Saçlarına dən düşdü.General oldu.Gəncliyi yadına hərdən düşdü.Təsəllisi şirin bir xəyal oldu.
Bütün yaralar sağaldıTahirin ürəyində;Döyüş yarası, həyat yarası;Bircə gizlin-gizlin qövr eləyibheç sağala bilmədiVəfasız Şahnabat yarası.
Kitabxana.az · https://kitabxana.az/works/nigar-refibeyli-tahir-ve-sahnabat-dastani
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Səninlə xoş keçən o görüşləriÖmrümün ən şirin yuxusu sandım.
Ömrümü güllərə məftun yaşadımÖmrümü güllərə məftun yaşadım,Gülü, bənövşəni, nərgizi sevdim...
QərənfillərYuxuda çiçəklər görürəm hər gecə,Öpürəm onları gizlicə...
BorcluyamBir ömrü yüz ömrə calasam beləİnsanlara borcum qurtarmaz mənim.