İstəsəmdağı dağ üstə qoyaram,İstəsəm torpağın dərisini soyaram.İstəsəmYer kürəsinin başındatufan olub əsərəm.İstəsəmnəsil-nəsil insanların kökünüYer üzündən kəsərəm.Güclüyəm, amansızam, möhtəşəməm,amansız qüssəyəm, qəməm.Xəyallar arxamca sürünür,Dünən dağ boyda görünənTaun, vəbanı elmin əliyləboğdum.Çiçəyi, qara qızdırmanıdiyar-diyar qovdum.Xirosima faciəsinin şahidiyəm,Kosmos fatehlərininəlini sıxmışam.Yeni aləmlər açmışam,köhnə dünyanı yıxmışam.Atom nəfəsliyəm,Azadlıq həvəsliyəm,İnqilab səsliyəm.

İyirminci əsrəm mən,Ölümlərin, fəlakətlərinyolunu kəsirəm mən.Hər sirri, hər hikmətibilməliyəm.İnsanın insanla düşmənliyinisilməliyəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri