Çinar kimi əzəmətlim,Qolları Fərhad qüvvətlim,Xoş, mehriban təbiətlim,Sənə heyranam, heyranam.

Sən mənim uca dağımsan,Çeşməmsən, gur bulağımsan,Elim, obam, ocağımsan,Sənə heyranam, heyranam.

Körpün ollam keçidlərdə,Əlac ollam – düşsən dərdə,Vermərəm səni namərdə,Sənə heyranam, heyranam.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri