Ağac bitməz,Meşə yoxdurXaçbulaqda, Xaçbulaqda.Sarı çiçək, oymadərənYaman çoxdur Xaçbulaqda.

Bulaqları buz kimidir,Gecəsi gündüz kimidir.Dağ döşləri düz kimidirXaçbulaqda, Xaçbulaqda.

Dağ çiçəyi yaman boldur,Dağ yolu nə gözəl yoldur.Havanı sinənə doldurXaçbulaqda, Xaçbulaqda.

Çiçəkli, səfalı yaylaq!Qonşun Pirsultan, Müşavaq...Heç doymadı gözüm ancaqXaçbulaqda, Xaçbulaqda.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar