Fəcrin qızıl rəngləriləboyananda mavi göylərDünyanın hər tərəfindənanaların səsi gəlir.Bizim şanlı yurdumuzdaaçılanda aydın səhərHər ananın ürəyindəyalnız bir amal yüksəlir.Bizim xoşbəxt övladlaraqara günlər hazırlayan,Vaxtsız ölüm köynəyinicavanlara biçən qatil!Bu uğursuz niyyətinləbir əl saxla, sən bir dayan,Anaların fəryadındankül olarsan sən bunu bil.Min arzuyla övladınahəyat verərkən analarHəyat verər – Yer üzündəömür sürsün şən, bəxtiyar.Çiçəklərin ətri ilənəfəs alsın, o, boy atsın.Onu quşlar nəğməsiləyuxusundan tez oyatsın.Azad, böyük vətəniminolsun xoşbəxt bir övladıXəyalının aynasındagörünməsin möhnət adı...

Fikrin dərin kitablardanzəka alsın, gövhər alsınXalqın ölməz dastanındanmərdlik, qüvvət, hünər alsın.Elin şirin nəğməsilə,gülsün boya-başa çatsın.Azad əmək dünyasındaqalxsın, kamil yaşa çatsın.Anaların istəyidirövladını xoşbəxt görmək,Min qayğıyla bəslədiyibağçalardan bar götürmək.Bu müqəddəs arzularahər xor baxan cinayətkarAnaların üsyanıylayerə düşüb olacaq xar.Böyük vətən davasındaoğlu ölmüş hər bir anaİnsanları sülh uğrundaqaldırır bax, bir üsyana.Bizim şanlı yurdumuzunişıq görmüş analarıQoymazzülmət dünyasınıçulğalasın ilk baharı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən