Dənizdə bir qız çimirdi
Dənizdə bir qız çimirdiSaçı qara, özü gözəl.Yaratmışdı sanki onuMahir bir əl, qadir bir əl.İncə rəssam duyğusumu,Yoxsa şair xəyalımıBelə dilbər yaratmışdıŞəhla gözlü bu zalımı?!Parlaq günəş şöləsindəGah yuyunur, gah dururdu,Bəzən sonatək silkinir,Bəzən suya baş vururdu...Sən düşməni buraxmadınBulağından su içməyə,Ceyran keçən cığırlardanSən qoymadın yad keçməyə.İndi yaxşı yu, təmizləGöy Xəzərdə, körpə quzu,Hərbin tozlu yollarındanSaçlarına qonan tozu.Doğma yurdun sahilindəSoyunduğun hərbi köynək,Sinən üstdən keçən qayış,Verir sənə özgə bəzək.İndi əsgər libasınıSoyunsan da, dilbər sona,Mən bilirəm sən qoymazsanBu köynəyə ləkə qona.Sənin odlu, çarpan qəlbinOnun altda çox döyündü,Sən qəhrəman işlər gördünŞöhrətinlə el öyündü.Sənin təmiz vicdanınınBir ləkəsiz aynası var.Saçlarına qonan tozuYusun, silsin qoy dalğalar!Bil ki, quzum, bu tozlarınLəkəsini aparar su,Bu dünyada müqəddəsdirYüksək əməl, təmiz arzu!Yalnız könül çirklənərsə,Tozlanarsa bir gün ürək,Bu dünyada heç bir suylaOlmaz onu təmizləmək!
Alnıaçıq və mərd çıxdınSən tufanlar arasından.Öpdü anan pak sinəninO müqəddəs yarasından.Hər bir damla qanın səninAzadlığın laləsidir,Gözündəki sevinc yaşıİlk baharın jaləsidir.Açıb sevinc çiçəyiniQəlbindəki böyük arzu.Öz ananın südü kimiHalal olsun sənə bu su!..
Kitabxana.az · https://kitabxana.az/works/nigar-refibeyli-denizde-bir-qiz-cimirdi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Keçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Gəraylı: Bir qiya baxışlı yardanBir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,
VəqtidirGecə keçdi, dur ayağa, rəxt ü xabın vəqtidir,Tövbə istiğfara gəl indi səvabın vəqtidir