Xərabədə bitən çiçək, düşündürdü məni bir az,Bəs nədəndir, deyirlər ki, viranədə gül açılmaz?Mən gördüyüm kiçik evin divarları dağılmışdı,Bu daş torpaq arasında şux bir çiçək,acı külək,soyuq qışdı.Vəhşi əllər dağıtmışdı bu sevimli aşiyanı,O, matəmə qərq edirdi burdan keçən hər insanı.İncə qadın əlləriylə işlənilmiş pərdələr dəBir yaralı bayraq kimiçürümüşdü bu yerlərdə.Bu daş-torpaq arasından şux bir çiçəkboy atmışdı.Fikrimdəki bu sualı çiçək məndə oyatmışdı.Hansı bağban bəsləmişdir, dedim, səni,gözəl çiçək?Öz ömrünün dastanını bir dil açıbdanış görək!Burda çoxdan susmuş ikən bülbüllərintəranəsi,Qaldırdımı səni yerdən ilk baharın xoş nəfəsi?Çiçək dilə gəlib dedi: – mən torpağın öz səsiyəm,Ölümlərə qalib gələn böyük həyat qüvvəsiyəm!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar