1941-ci ildə Leninqradda Nizaminin 800 illiyinəhəsr edilmiş gecə keçirilmişdir

Düşmən mühasirəyə almışdışəhəri.Neçə gün, neçə gecəydiinsanların bir an beləqapanmamışdıgözləri...Bu susuz, çörəksiz,yanacaqsız şəhərdə,Soyuq, ac,Odsuz, ocaqsız, şəhərdə,Bir sənət məbədindəToplaşdı alimlər, yazıçılar,Ona pərəstiş edənsadə insanlar...İşıq çıxmasın deyə bayıraPəncərə-qapını basdılar,Yaralı divarlardanNizaminin şəklini asdılarAğsaçlı, nurani bir şairİclas açdı,söz dedi,Sənətin sönməz məşəliniSəkkiz əsrdən bəriyüksəklərdə tutan,

Azərbaycan torpağınınYetirdiyiBu söz və fikir ustasına dair.“Leyli və Məcnun”, “Xosrov və Şirin”“Yeddi gözəl”,Böyük ümid, yüksək arzu,parlaq əməl.“Sirlər xəzinəsi” –Mərdlik, hünər xəzinəsi...Dahi şair bizəLeylinin sədaqətini,Fərhadın inadını, iradəsiniYadigar qoyub gedib,Sənətin sirrini,əbədi həyat badəsiniYadigar qoyub gedib.O, ən nəcib fikirlər,Ən nəcib arzular,niyyətlər şairi idi,O, dünya, bəşər şairi idi.

Danışırdı məruzəçi,Şairlər onun əsərlərindənoxuyurdu,Sonra yada saldılarDoğulub yaşadığı yurdu...Qəhrəman şəhəralqışlayırdı sənət qəhrəmanını,alqışlayırdı onunparlaq zəkasını,böyük vicdanını...Bayırda güllələr, bombalar yağırdı şəhərə,Fərhad iradəli,Leyli sədaqətli insanlarToplaşıb alqış deyirdiHəyata, sənətə, hünərə...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri