Yarı çiçək, yarı kəpənək
Gördüm hamının üzündəDərt dərdi, qəm qəmi basır,gecə-gündüz gizlicəhamı bir-birini güdür,hamı bir-birini asır.
Dindirmək olmur heç kəsi,Soruşmaq olmur halını,bir gün bir eşq havasınayarı çiçək, yarı dakəpənək etdim hamını.
Dedim, ey insan, ay adam,nə tutmusan bu dünyadan,nədi en-uzunu bunun,görən bir də gəlməz buragörməyə üzünü bunun.
Dedim bəsdi süründünüz,bəsdi, köpək uşağı,sevışin çiçək olun,olun çiçək uşağı,sevişin kəpənək olun,olun kəpənək uşağı.
Bircə «Sevişin» sözünəhər küncdən min çiçək qalxdı,çiçəkdən kəpənək qalxdıhər oğlun, qızın yerinə,küpə-küpə çiçək çıxdıküpə-küpə qızıl yerinə.
Çiçək etdim,Kəpənək etdim bir andayanaqlardan yaşları,barmaqlardan, qulaqlardanqızılları, daş-qaşları,çiçək etdim, kəpənək etdimçiçək qıran uşaqları,kəpənək yeyən quşları.
Sevdi çiçək dağı da,sevdi kəpənək düzü də,sevgilərin şiddətindənirək gəlin paltarıtəkxışıldadı yerüzü də.
Ancaq kimsə, nəsə yenəsöylənirdi öz-özünə:– Hamı uçur, uçur hamı,Mən sürünmək istəyirəm,hanı, hanıbir-birinin sürünməyinsevə-sevə sürünənlər?!Hanı ancaq sürünəndəgöyüzündən quşların da,Tanrının da gözlərinəgözəl-göyçək görünənlər?!Hanı onlar , Tanrım , hanı?!Bir vaxt sürünərdi onlarbirər-birər, beşər-beşər,məğrur-məğrur, təşər-təşər.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-bayatli-oder-yari-cicek-yari-kepenek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Köçən sonuncu bəy qızıydı bəlkə,Sonuncu bəy oğlu da köçəcək...
Allahın ən dümdüz, ən ağ, ən tənha tüstüsüSovet dönəmində günahsız güllələnmə cəzası alanlara*Divarın qoynuna sığınan oğlan,
Şair və şərŞair dedi şagirdinə:– Şer deyilən bir dinə
Ölümün ləzzətli vaxtıXeyri yox, ha küs, ha inci,daha səni adam saymır