Qaranlıqda qar yağır,Qar yağır ağır-ağır.

Üfüqlər ağ, göylər ağ,Quzeylər, güneylər ağ.

Şaxta, sazaq, toranlıq,Yaxın, uzaq qaranlıq.

Qar üstündə qaraltı,Qaranlıqdır qar altı.

Qar yağır çiçək-çiçək,Nur yağır ləçək-ləçək.

Bir gün bu ağ çiçəklərBağlarda güləcəklər.

Qaranlıqda qar yağır,Sanki ilk bahar yağır.

Qış buxarlanacaqdır,Yer baharlanacaqdır.

Qaranlıqda qar yağır,Qar yağır fağır-fağır.

Qaranlıq, ağ qaranlıq,Qəmdən iraq qaranlıq.

Sanki bir duman ağlar,Saz ağlar, kaman ağlar.

Qaranlıqdır, qaranlıq,Qərib bir nigaranlıq.

Qaranlıqda qar yağır,Qar yağır ağır-ağır.

İstanbul, 1984

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar