Şıltaq olan insanlığa yasaqdır,Aman, oğul şıltaqlığa uğrama!Yaltaqların vicdanları pasaqdır,Ərdəmli ol, yaltaqlığa uğrama!

Gülşənlərə yabançıdır alaqlar,Qeyrətləri, ismətləri calaqlar,Qoltuqlara ağac olur yalaqlar,Yalquzaq ol, yalaqlığa uğrama!

Bu dünyada min cığır var, min iz var,İkiüzlü adamlarda min üz var,Yer üzündə bataqlıq var, dəniz var,Dənizdə bat, bataqlığa uğrama!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar