Üfüqləri, səmalarıBiz eylədik ələk-vələk.

Nə şeytan orda var, nə cin,Nə bir xoxan, nə bir mələk.

Kim aldadır, kim ürküdür?Kələkmidir bu, bir kələk?

Fələk arar bu yer üzü,Könüldə çırpınır dilək.

Ürək yararmı, ya bilək?..Bu sirri öyrənək, bilək!

Deyən bulunmayıb, Zəka,Hayanda gizlənib fələk?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri