Yurduma bağlandı bütün varlığım,Mutluluğum – xalqıma oxşarlığım.

Ən ulu qanunum onun əmridir,Ömrüm ulusdaşlarımın ömrüdür.

Qüdrətim, aləm bilir, odlardadır,Odlu qopuzlardadır, udlardadır.

Eşqimi odlarla yoğumuş anam,Ruhumu olmazmı səməndər sanam.

Mən ulus uğrunda yanan bir canam,Duyğularımla can Azərbaycanam!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən