Yetmiş il bir sinədə...
Qurban Pirimov 70 il bir tarda çalmışdır
Yetmiş il bir sinədə,Yurdumuza car oldun.Sədəf tarlar içində,Sən Qurbana yar oldun.
Soruşur el-elatın:Hanı Çoban Bayatın?
Qoca tarzən susanda,Simin siminə dəydi.Haray saldı Qarabağ,Kəpəz başını əydi.
Sarı simin həzindi,Sahibini gəz indi...
Barmağının istisi,Pərdələrdə qalıbdı.Görən son dəfə səndə,Hansı muğam çalıbdı?
Kaş tozunu siləydim,Onu bircə biləydim.
İncə pərdə, zərif xal,Həzin mizrab hardadı?Həqiqətin, BülbülünXoş səsi bu tardadı.
Susma, danış barı sən, –Azərbaycan tarı, sən.
Qəm eləmə, qoca tar,Bəmin, zilin cavandı.Hansı tar şura gəlsəBil ki, sənin havandı.
Azərbaycan tarı, sən,Qurbansız qaldı tarım...
Kitabxana.az · https://kitabxana.az/works/islam-seferli-yetmis-il-bir-sinede
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Aşıq, gəşt eləyib ağır elləri,El içində namus, arı unutma.
هزاران معنی پیچیده در زلف سخن دارمسر زلف سخن بی چشم زخم امروز من دارم
Rövzəxanın şikayətiKöhnəlik dövrü keçib, tazə hava tapmalıyıq,Xalqı aldatmağa ahənki-nəva tapmalıyıq.
Cami-Cəm, fəsil 13Sən ey elm qapısı, nizam ocağı,Bəd gözün gen olsun səndən ayağı!