Bizim də həyət var...
“Bizim həyət” şerinin müəllifiTeymur Elçinə nəzirə
Ailədə biz üçdük,Təzə binaya köçdük.
Bir həyət dolu uşaq,Səslər çıxdı boğuşaq...
Həyət-baca qaynadı,Oğul-uşaq oynadı.
Yıxıldı: “Vay!” – eşitdik,Hərdən giley eşitdik.
– Oğlunun qulağın bur,Qızın qızımı vurur.
Analar xeyli dindi,Tənbeh atını mindi...
İllər baş alıb getdi,Yenə həmin həyətdi.
Böyüyüb bir parası,Gözümüzün qarası.
– Artıq həyətə onlar,Enməyə utanırlar.
Təzələri doğulub,Həyət səsə qərq olub.
İndi onlar qışqırır,Çər-çəpərləri qırır.
Giley gəlməyir yenə,Əziz balamdan mənə.
Bax burda doğulan,Oğlumun da oğlu var.
Gənc qızlar ana oldu,Ana qaynana oldu.
Oğullar ata oldu,Ata qaynata oldu.
Nəslimiz-əbədiyyət,Yenə qaynayır həyat...
Kitabxana.az · https://kitabxana.az/works/islam-seferli-bizim-de-heyet-var
← → düymələri ilə keçid, R — təsadüfi şeir