Bu dünya ulu dünya
Bu dünya ulu dünya,Hikmətlə dolu dünya, –Soruş, öyrən min eldən,Kim deyir ki, bu dünyaDevriləsi dünyadır?
Bağlıdır məhəbbətə,Peymana, sədaqətə, –Qıyma, sovuşsun əldən,Röyası həqiqətəÇevriləsi dünyadır.
Dünya evi bir ev ki,Odu, işığı sevgi, –Oğul, candan, könüldənOnu duy, onu sev ki,Seviləsi dünyadır.
Budapeşt, 1982
Kitabxana.az · https://kitabxana.az/works/refiq-zeka-xendan-bu-dunya-ulu-dunya
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Rübailər
Sənsiz nəfəsi səbrü qərarım yoxdur,Nəzzarədən özgə intizarım yoxdur.
Qarabağlı Mehdi bəyə yazdığı müfəssəl həcvdən bir neçə parçaBunca kar idi saldın arəyə sağ olmaQoşulub hər dəliyə sən dəxi sərsağ olma
SultanımQoç quzudan quzu törər qoç olar,Qoçaqlardan qoçaq olur, sultanım!
OlsunMəni yardan ayrı salan,Görüm üzün siyah olsun