Yoldadır
Yoldadır insanın ömrünün yolu,Sevgili dünyamız hər an yoldadır.Güney şəfəq dolu, quzey çən dolu,Yaylaq yol üstündə aran yoldadır.
Yollarda türkü var, saz var, aşıq var,Min aləm, min büsat, min yaraşıq var,Yolçu yolda gərək, yolda işıq var,Zülmətin bağrını yaran yoldadır.
Dərdi yad ellərdə qərib bol çəkər,Bu sözə qürbətdə qalan qol çəkər,Bir aydır yollarda gözüm yol çəkər,Ürəyim vətənə varan yoldadır.
İspaniya, 1984
Kitabxana.az · https://kitabxana.az/works/refiq-zeka-xendan-yoldadir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu dünya bir nağıl kimi,Az gedirik, üz gedirik.
Neçə yerə haçalanıb bu dünyaNeçə yerə haçalanıb bu dünya,Təlaşların təlaşçısı olmalı.
Həyatı gözdən salan düşüncələr boyatdırHəyatı gözdən salan düşüncələr boyatdır,İnsanın həyatının yaraşığı, həyatdır!
Öləndən sonraYaşadar könlümü ilham, qarışar şerə başı,Yaşayar şair olan kəslər, öləndən sonra!
Başqa şairlərin şeirləri · Hicran
وصل یار آید، شوی زان خرم، ای جان غم مخور
نشسته بودم و دیدم ز در بشیر آمدکه «خیز و جان و دل آماده کن، امیر آمد»
Fəryad ki, əksimə dövr edir fələkFəryad ki, əksimə dövr edir fələk,Hicran çox, vüsalı o məhv edərək--
Yaman sıxır gecə məni...İllər qədər uzun çəkdiBu intizar gecəm mənim.