Allahın ən dümdüz, ən ağ, ən tənha tüstüsü
Sovet dönəmində günahsız güllələnmə cəzası alanlara
Divarın qoynuna sığınan oğlan,dua edən çoxdu, Allahsa təkdi,dua etmə daha, dua oxuma,bu dualara da kömək gərəkdi,
uçub getmir daha, gücləri çatmır,elə buralarda qalır dualar,çatsa da göylərə, göylər aparmır,Allaha çatmadan ölür dualar.
Divarın qoynuna sığınan oğlan,bir anda sıçradın, elə o andadivarın qoynunda görünməz oldun,bircə təsəllin var, elə o anda
elə göyüzündən səni görməyəən iti, ən nurlu gözlər gələcək,güllənin tətiyi o baxan anda,onun baxmağıyla bir çəkiləcək.
Dünyadan genimiş divarın qoynu,divarın qoynuna sığınan oğlan,divarın qoynunda min illər qaçıbAllahın qoluna yıxılan oğlan,Sən indi sönürsən, sönən ocaqsan,sən artıq tüstüsən, uçub gedirsən,çatıb ilk mələyə anlayacaqsan,sən çoxdan yoxmuşsan, çoxdan yoxmuşsan,yoxmuş üzün, gözün, əzabın, ahın,sən ancaq ən dümdüz, ən ağ, ən tənhatüstüsü olmusan bir vaxt Allahın.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-bayatli-oder-allahin-en-dumduz-en-ag-en-tenha-tustusu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qəmi qanada çevirmədənqəmi ancaq qəmtək dadan,
Göyüzündən – Allahın ayağı altından nurdən dənləməyəTanrıdan uzaqlaşdıqca insanlarqanadsızlaşır, qəddarlaşır onlar,
Ölməyə yox, qoxlamağa Vətən!Düşmən oxun haqlamağa –oxdan iti uçub gedən,
Gözü göz yaşından İlahi doğma, üzü göz yaşından İlahi ətirliBu torpaq, bu dağ, bu dəniz,uçan, qaçan hamımızın,