Tanrıdan uzaqlaşdıqca insanlarqanadsızlaşır, qəddarlaşır onlar,qəddarlaşır onlarınyerişi, yolu, izi də,çəkilib insanlardangöyüzünün o üzünəqəm çəkir Tanrı özü də.

O hansı göyüzüdü?!Dünya boyda qəmi çəkəno göz kimin gözüdübizi qəm uçqunundan,qəm selindən qorumaqcünçəkib hər an qəmi yorur?!Dünya çoxdan yıxılardı,Dünya ancaq belə durur,Tanrı bir gözüylə bizə,bir gözüylə qəmə baxır,dünya qəmi şam yanantəkTanrının qəlbində yanıbdünyanın dibinə axır.

Ora haradı, hara?!Ancaq Tanrı üzlü ruhlarbilib uçurlar ora,orda qonub göyüzünə,qulaq söykəyib göyəgöyüzündən Allahınayaq səsin dinləməyə,ovcundan nursu içməyə,ayaqları altındannurdən dənləməyə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq