Daha heç kim heç nə istəməsinbu dünyadan,baxıb, baxıb, yandım halınıza,istədiklərinizin hamısını ürəyimdən kəsib,ürəyimdən düzəldib verdim hamınıza.

Qorxmayın, gecələr də yatmıram daha,dayanıram başınız üstdə əsə-əsə,qorxuram bircə an yumam gözlərimi,xoşbəxtliyinizdən azala nəsə.

Ancaq, Siz Allah, bəsdi, bəsdi daha,buraxın sızıldamağı, ağlamağı, ahı,hər gün nəsə istəyib yenənarahat eləməyin Allahı,sizin əlinizdən Allahın ətəyində dəyer qalmayıb yetimlərə, yazıqlara daha,nolar, bir az da siz rəhm eləyin Allaha,qoyun çiçəklərin Allahtək açdığı bu yazaçdırdığı çiçəklərə baxsın doyunca,rahat olsun Allah da bir az.

Xoşbəxtlik – xoşbəxt olmaq deyil,öz ürəyində xoşbəxt eləməkdi hamını,hamını hamının ürəyində xoşbəxtetməyincəəl çəkən deyiləm sizdən,ha deyinin, ha deyin bu adam divanədi,dəlidi,bilin, hamını bir ürəkdə xoşbəxt eləməkhamıdan xoşbəxt olmaqdan irəlidi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq