Yanında olmasam da, qəlbindəyəm, bilirəm,Bir an həsrət yaşını gözlərimdən silirəm.Nə yüngül bir macəra, nə də sevda həvəsi,Bunlar deyil bağlayan, yaxın dost edən bizi.Ən dərin duyğularla qəlbimiz çırpdı hər an,Zamanın sınağından, illər imtahanındanÇıxmış gözəl dostluğun ittifaqı möhkəmdir.Yüngül, boş arzuların aqibəti ələmdir.Mən səni cəbhələrə yola salıb gözlədim,Soraqını uzaqdan alıb, alıb gözlədim...Bəzən xəbər gəlmədi, aldatmadım özümü,Yollarından çəkmədim həsrət dolu gözümü.Başım odlar içində qollarıma yaslandı,Adını çəkən zaman kirpiklərim islandı.Biz heç ayrı olmadıq fəlakətdə, kədərdə,Birlikdə güldü bizə fərəh də, sevinclər də.İndi həsrət yaşını gözlərimdən silirəm,Yanında olmasam da, qəlbindəyəm, bilirəm!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran