Mətbəx şeirləri
1
Qadın olmasaydım əgər,Qazanların, qabların,Nimçələrin, çömçələrinaləmindən qaçardım,Səhəri dəniz qırağındaqayaların üstündə açardım...Ciyərlərim dolusunəfəs alardım dəniz havasıyla,Baş-başa qalardımSahillərin gözə görünməyənsəfasıyla,Sinəmi açardımsəhər rüzgarına...Həzin-həzingilə-gilənəğmələr qoşardımAbşeron bağlarına...Ürəyim bu mətbəx aləmindəyaman darıxır,MənBir azca da şairəm axı.
2
Şeri gözələ yazarlar,Baharda yaz çiçəklərinə,Payızda xəzələ yazarlar...Hicran ağrısına,Şirin vüsala yazarlar,hüsn-camala yazarlar...Qazandan qalxan buxar,Dızıldayan samovar,Nədən şeir olmasın?!Nədən şeir olmasınTərtəmiz su altındaYuyulubAğappaq olan qablar?!Biri şit sevir,biri şor sevir,Biri bişmiş,biri çiy pomidor sevir...Birinin yeməyi yağsız gərək...
Birinin xörəyi soğansız,sarımsaqsız gərək...Bütün günü yu, sil,bişir, düşür,Birinin qismətinəyüksək masa arxasında oturmaq,Birinin qismətinəqab-qacaq yumaq düşür...Nə zərər,Bəzən yüksək məclislərdəndaha parlaq,daha təmiz olurAdi mətbəxlər...Ocaqda soğan qovrulandagöz qoymasam,yanıb kül olar...Xörəklərin də işi müşkül olar.Ocaq qabağındayanıb, yanıbkül olan,Könül aləmindəİşləri müşkül olanaşpaza göz qoyan hanı?Göz qoyun, göz qoyun –Yanmasınxörəklərə ləzzət verən soğanı...
3
Güllü bir bağça da şeir ola bilər,Adi bir mətbəx də...Bir çiçək,bir ocaq,bir hisli qazan.qalxıb çıxa bilərSənətin oturduğu taxta...Şerin mövzularıgəlməz saya –Yalnız şair gözləriləbaxılarsa bu dünyaya...
4
Bir kiçik mətbəx pəncərəsindənİlin dörd fəslini görürəm...Yayın, qışınyazın, payızın əslini görürəm.BahardaPəncərəm önündəki boylu-buxunluQovaq ağacıyavaş-yavaş puçurlayır,yarpaqlayır,yaşıl don geyinir.Meh əsir, budaqlaryavaşdan-yavaşdan deyinir...Yay olanda yırğalanırbütün cah-calalıyla,Payız küləkləri girəndə qoynunaSaralır dərin qəmi, məlalıyla.Sonra qış gəlir,Ağac soyunur tamam...Elə bil çılpaq qalırBərli-bəzəkli bir ilham...Ağac, bu çılpaq halıyla,Qəmi, məlalıylaSinə gəlir ayazlara,şaxtalara,Sağ-salamat çıxmaq üçünƏzablarla gözlədiyibir bahara...Ürək geniş olarsa,xəyal dərin olarsa,Nə arzular ölər,nə fikir sönər...Könüldə bir işıq,bir atəş varsa,Balaca bir mətbəxdən dəböyük bir dünyagörünər....
Kitabxana.az · https://kitabxana.az/works/nigar-refibeyli-metbex-seirleri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bəylər, nə layiqdi xan qulluğuna,Bir kəs atlı gedə, piyadə gələ?
همی با عقل در چون و چرائیهمی پوینده در راه خطائی
Mükərrərاز غمت از غمت خراب خرابدین و دل سوخته کباب کباب
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?