Vətən qızları
Ey vətənin alnı açıq, südü təmiz mərd anası,Bizim yaşıl obaların cəsur qızı, şux sonası,Ana vətən çox görmüşdür, sənin böyük hünərini,Gah sularda, gah göylərdən almış sənin xəbərini.Şahin kimi qanadlanıb sən uçmusan havalarda,Vətən üçün aslan kimi vuruşmusan davalarda.Sən bir qızıl dənizçisən, hökm etmisən dənizlərə,Bir quş kimi paraşütlə atılmısan göydən yerə...İlham dolu, həyat dolu, şux səsini dinləmişdir –Dənizlərdə qızıl matros, cəbhələrdə gənc komandir.Kəndlərə elm aparıbsan gənc bir müəllim kimi sən,Həkim olub uzun illər elə xidmət eləmisən.Sən sürmüsən traktoru torpaqları yara-yara,Sən hərəkət öyrətmisən uzun yolda qatarlara...Sən torpağın alt qatından qara qanlar çıxartmısan,Sənin böyük iradənə heyran olmuş bütün cahan...Sən quşqonmaz qayalardan mədən və daş axtararaq,Qalibiyyət şüarını eləmisən daim bayraq.Ana yurdun xilaskarı, o tunc, polad qollu ərlərSənin təmiz südün ilə bəslənərək böyümüşlər.Sən nəsillər böyüdərək, qəhrəmanlar yetirmisən,Cavanşirə, Koroğluya süd vermisən döşlərindən.Sənin adın qalibiyyət şüarıyla birgə gedir.Həyat səni alqışlayır, tarix səni təqdir edir.Fidan kimi bəsləyərək, əzizləmiş səni vətən.Bu gün ona öz borcunu dönə-dönə verməlisən.Gözüqanlı bir canavar hücum çəkmiş torpağına,Göz dikmişdir qarı düşmən sənin isti ocağına.Viran qoyub obaları, tikir zülmün qalasını,Mələr qoyub ayrı salır analardan balasını.Ana kimi müdhiş olur, bunu bilsin azğın düşmən,Can qurtara bilməyəcək sənin aslan qəzəbindən...Üç oğlunu yola saldın, heç gözlərin yaşarmadı,Ana qəlbin kövrəldisə, ağlamağı bacarmadı...Kiçik qızın çantasını alıb yola düşdü haman.O heç geri qalardımı üç istəkli qardaşından?!.Mərd analar qapılara çıxıb yaylıq salladılar.Ey müqəddəs ana, sənin nə qəhrəman xislətin var...Sən də nişan üzüyünü çıxararaq barmağından,Verdin vətən üçün bu gün, dedin: – Zəlil olsun düşmən.Gəlir səsin cəbhələrdən, tarlalardan, şaxtalardan.Qorxu nədir bilməmisən nə borandan, nə də qardan.Sən düşməni məğlub elə, ön cəbhədə və arxada,Əziz vətən torpağını sən verməzsən heç bir yada.Sənin tarix boyu böyük və möhtəşəm keçmişin var,Döşlərindən süd əmmişdir məhsətilər, natevanlar.Həcər sənin doğma qızın, Aşıq Pəri övladındır,Nər şahinlər oğulların, gənclik sənin qanadındır.Alqış sənə, şərəf sənə, şöhrətin də aşıb-daşır,Sən mərd dayan, böyük qadın, sənə mərdlik çox yaraşır!..
Kitabxana.az · https://kitabxana.az/works/nigar-refibeyli-veten-qizlari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
General Həzi Aslanovu əziz*xatirəsinə*
BakıBir zamanlar adına eşq oxudum ellərə,Şimdi artıq qəlbimin içində inlə, Bakı…
هزاران معنی پیچیده در زلف سخن دارمسر زلف سخن بی چشم زخم امروز من دارم
Bizi məyus edən dəhrdə məyus olsunDüşdü yadıma kecən gunlərim, əfsus olsun,Bizi məyus edən dəhrdə məyus olsun.