Nazim Hikmətin əziz xatirəsinəÖlümün biziElə yandırdı,Elə yandırdı ki, qardaş,Nə deməyə dilim gəlir,Nə yazmağa əlim gəlir...Bu dərdin ağırlığınaÇiynini verməsəydi xalqlar,Biz bu qəm yükünüÇəkə bilməzdik.Ağlamasaydı səniDünyanın anaları,Bir dərya göz yaşıTökə bilməzdik.Səni qürbətdə deyil,Sürgünlərdə deyil,Arzularının dünyasında –Sevdiyin şəhərdə basdırdılar.Tabutunun başındaMillətləri, xalqlarıQardaş gördüm;Rus qızının, ərəb şairinin,Alman kommunistininGözündə yaş gördüm.

İşıqlıydı arzun, niyyətin.İnsan idin,Oğlu idin böyük bəşəriyyətin.Quruyan budağın,Şikəst heyvanın,Sönən ulduzunKədərini duyurdun.İnsanın qəminiHamıdan əvvəl,Sevdiyin, halına yandığınİnsanların arasındanQopardı səni amansız əcəl,Şəkər belə yeyə bilməyənÖlü uşaqlarınHalına yanırdın.Xarabalıqlar altındanCanlanıb qalxa bilməyənBaharın halına yanırdın.Yandın... Kərəm kimi yandın.Yaxşı adamları dost bildin,Qardaş sandın.İstədin insan fənalığınıYox eləmək.Əzilən bəşəriyyət üçünDöyünürdü sinəndəkiBöyük ürək.Ümidin, arzunİnsanlara bağlı idi.Yaralı ürəyinVəzən həsrətli,Hicran dağlı idi.İndi sevdiyin, məhəbbətlə baxdığınGözlər ağlayır,İllərlə həsrətini çəkdiyinBalaca oğlun Məmməd ağlayır.Anaların ən gözəli –Münəvvər ağlayır.

Əzilib tapdalananların,Ümidsizlərin, çarəsizlərin dostu,İşləyib, dişləməyənlərin dostu,İşığın, Günəşin həmdəmi,Niyə rəva gördün bizəDağ boyda ağırlığı olan bu matəmi?Yaxınlaşdı sənə, qardaş,Böyük qaranlıq,Qoyub getdin işığı insanlara,Yazıb-yaratdığın əsərlərinləQarışdın əbədi bahara.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri