Sevgimin tarixi səndən də dərin,Mənim alnım açıq, qəlbim ləkəsiz:Bu çırpınan könlüm, daşan hisslərim,Nə qədər bənzəyir sənə, ey dəniz!

Sənin də həyatın coşqundur belə,Mələr dalğaların, qaçar sahilə:Bəzən də bənzərsən durğun bir gölə,Yeni bir ilham ver mənə, ey dəniz!

Nə qədər çıldırsa ağ dalğaların,Yenə də hissinin bir sahili var.O dar sərhədlərdə sınar vüqarın,Keçərmi sahili aşıb dalğalar?

Sənə təbiətin qocaman əli,Bir sərhəd cızaraq, bir sahil qoymuş,Bənzərimiz budur: könlümüz dəli,Nə gecələr susmuş, nə gündüz doymuş...

Mənim sevinclərim, hissim bunu bil,Sahilsiz bir dəniz hər yeri aşar.Arada fərqimiz heç kiçik deyil:Sən ha çırpınsan da, bir sahilin var.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri