Ağaclardanqızılı yarpaqlar tökülür.Boylu sərvlərin beli bükülür.Yaşıl-yaşıl otlar,Bu soyuq payız günündəYer üzündəsizin nə işiniz var?Necə üşüyürsünüz – görürəm,Bacarmıram sizə hərarət verəm.Qoruyam sizipayızın acı nəfəsindən,Qurtaram siziuğuldayan küləyinvahiməsindən.Necə üşüyürsünüz bu küləkdə,görürəm,Bacarmıram,Bacarmıram sizə hərarət verəm...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar