Qar yağır asta-asta,Yağır torpağın üstə.Qar yağır aram-aram,Mən qarların altından baharı axtarıram.Üfüqlərdən süzülüb gəlib bahar,Durnaların qatarınadüzülüb gəlir bahar...Uzaq-uzaq ölkələrdənElə bil küsüb gəlir bahar...Qar yağırağır-ağır,Ağac budaqlarındaOğrun-oğrun gizlənənbaharı izləyirəm...Qar yağır asta-asta,Durub qarların üstəBaharı gözləyirəmBaharı gözləyirəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar