Kəndimizdənbir yol saldıq şəhərə,Asfalt döşəməli təzə yolgümüş kəmər kimiuzandı...Bağlayan olmadıköhnə yolu da,O, yaddan çıxıbbir kənarda qaldı.Gedən, gələn olmadıo yoldan,Çayır, yovşan ordaözünə yurd saldı...Bəzən cır-cır arabalarınçarxları süründüköhnə yoldan.Fərəh duymadı bu yolunyolçusu insan.

Asfalt yoldan maşınlarkeçdi qatar-qatar.Bayraqlar qızardıtəzə yolun üstündəsəhər kimi.Kəndimizin asfalt yoluuzanıb getdi şəhərəgümüş kəmər kimi...Köhnə yolubağlamadılar,Yaddan çıxdı, – deyəağlamadılar.Yavaş-yavaş silindizehinlərdənKəndin köhnə tozluyolları,Yeni kəndin sakinləriaxdılarGümüş kəmər kimi uzanantəzə, asfalt yola sarı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri