Mən səni sevirəm, insan!
Hardan gəldin,bilmirəm,Kim çağırdı səni,bu anQızdırmada yananXəstə uşağın yatağı önündəTək oturan ananın köməyinə.Kim çağırdı səni,Kim açdı qapını sənə?Qəlbindəki mərhəmətAçdı bağlı qapının kilidini.Nə anamsan,nə bacım,nə həkimsən,
Tanımasam da səni,bilirəm kimsən...Körpəyə şəfa gətirdin,Ümidsiz ana qəlbinəZiya gətirdin.Bilmirəm gəlmisən hardan.Mən səni sevirəm, insan!..Qatar tövşüyə-tövşüyə dayandıYasəmən çiçəklərinə qərq olmuşBir Şimali Qafqazkəndinin yaxınlığında,Yaşıl otlar üstəköç salmış bir durna qatarı kimiEvlər ağ,Yasəmən saçaq-saçaq...Gəzir stansiyada qızlar,oğlanlarƏllərində yasəmən dəstələri.Bir qız mənə çöldən bir dəstəYasəmən uzadır içəri.Gözlərimiz təbəssümlə görüşür.Mən ona deyirəm: – Sağ ol!O mənə: – Yaxşı yol!Qatar yola düşür.Ətraf sakit, hava ilıq,Baxıram kiçik saatıma,Bir an olar bu tanışlıq.O qız bir dəstə yasəmənlə girirMənim xatiratıma...Gözlərim doymayırBu yasəmənli kəndin,Bu qızıl saçlı qızınTamaşasından,Mən səni sevirəm, insan!
Bu mücərrəd insan kimdir? – deyərtənqidçilərSuyu, duzu, çiçəyi,Duyğu, arzu, diləyi,Bir olan,Mənimlə bir havanıTənəffüs edib yaşayan;Qəlbində bir torpağın, bir elinMəhəbbətini daşıyan,Sevincimi öz sevinci kimi,Dərdimi öz dərdi kimi bölən,Mən güləndə gülüb,Ağlayanda gözümü silənMənim doğma vətəndaşımdır,Yoldaşım,sirdaşım,qardaşımdır.Sevirəm hər zaman,Mən səni sevirəm, insan!
Kitabxana.az · https://kitabxana.az/works/nigar-refibeyli-men-seni-sevirem-insan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yenə yarım bu gecə könlümə mehman olmadı,Bəzmə saldı meylini saf üzə heyran olmadı.
Könlün yenə min dərdinə bir çarə tapılmazKönlün yenə min dərdinə bir çarə tapılmaz,Bir dərdimi ərz eyləyən ol yarə tapılmaz.
Unudulmuş da, atılmış gülü sevda kimiyəmUnudulmuş da, atılmış gülü sevda kimiyəm,Gözlərindən çəkilən bir dəmi röya kimiyəm.
Başından tufanlar keçən bir dağaBaşından tufanlar keçən bir dağaZərərsiz bir şimşək neyləyə bilər?!
Başqa şairlərin şeirləri
Cövr ilə tökdü qanımı, fəryad, gözlərin,Öldürdü aqibət məni cəllad gözlərin.
DağlarSalırsan baş çəkib ovc səmayə,Nəzər hiqarət cahanə, dağlar,
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,
TəbrizBaşına döndüyüm bəylər, ağalar,Oğrulu ocaqdır alı Təbrizin,