Yaşadım çöllərdə on il, on beş il,Yağışda, yağmurda günüm olmadı;Dostlar yaxşı bilir, mənə yad deyilÇiçəklərin adı, quşların adı...

Mənə sirdaş oldu Günəş, Ay, ülkər,Dərələrin çayı, dağların qarı;Ömrümə yar oldu uzun sənələr,Xramın sahili, Kürün kənarı.

Dumanlı səhərlər, çənli axşamlar,Keçəli çadırlar, yeraltı damlar.Olduqca məskənim, olduqca yuvam,Yamaqlı şalvarım, yamaqlı çuxam.Vüqarlı başımı saldı aşağı,Çıxdı gözlərimə qəlbimin dağı...

Ələmdən, kədərdən qaça bilmədim,Ciyərim həsrətlə alışdı, yandı.Könlümü kimsəyə aça bilmədim,Cırıq paltarımdan eşqim utandı.Çox gəzdim özümə vəfalı həmdəm,Fəqət, dilbərimdən görmədim kərəm...Gəzib, talaları, mən dolaşanda,Min dəfə gözümə gözün ilişdi,

Yaşımız çatsa da yüzə, yüz birə,Bizə ilham verər işlər, əməllər...Haqqı var vüqarla dərə, gəzdirə,Səni bu qumsalda bitirən əllər.

Yaxın gəl, dostunu dindir, danışdır,Görüşmək pis deyil hərdən mənimlə...Köhnə mahnılarım sənə tanışdır,Gəl, yenə mahnımı bir dəfə dinlə!

Biz çoxdan ayrıldıq yaldan-yamacdan;Dəyişdi təbiət, dəyişdi insan...Məni unutmadın, yenə heç zaman –Gəlib şəhərlərdə sordun halımı,Sən, ey köhnə dostum, təzə bənövşə!

Qüdrətim, fitrətim, işim, əməyim,Uzun sətirlərim, bərim-bəzəyim,Xəyalım, düşüncəm, dilim, diləyimİstərəm səhərlər səninlə hər gün,Dolanıb əllərdə gəzə, bənövşə!

Hər yeni şəhərə, hər yeni kəndə,Bayramdan-bayrama qonaq gələndə,Səsim tutduğunca deyirəm mən də: –Bu ana yurdumun əsil döşündən,Sən də ölkəmizi bəzə, bənövşə!..Bakı, 1937

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar