Çeşmin keşiyində səf-səf dayanmış,Əlləri nizəli qoşuna qurban!Mənim şikayətim gözlərindədir,Kirpiyinə qurban, qaşına qurban!

Söylə, görməyəli üzün üzümü,Eşqin, məhəbbətin odu söndümü?Çırpınan ürəyin daşa döndümü?Qoy dönsün, qəlbinin daşına qurban!

Sən qədəm basanda eşqin bağına,Sarılıq çökməsin al yanağına.Görürəm, şeh düşüb gül yarpağına,Ağlama, gözünün yaşına qurban!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri