Ey mələk, qınama bir sualım var, –Qəribəm, yanında qalım, olarmı?Sədəfli sazımı basıb bağrımaQaşların eşqinə çalım, olarmı?

Mən canandan, canan məndən ayrılıb,Ruh yaşarmı de, bədəndən ayrılıb?Gecənin bu çağı səndən ayrılıb,Çöllərə düşməyə halım olarmı?

Ay niyə tutulur, söylə, ey nigar, –Səni hicran boğur, yoxsa intizar,Bəlkə ürəyində bir dərdin də var,Mən sənin dərdini alım, olarmı?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq