Yenə quşlar görünür,Qaranquşlar görünür.Xoş nəğmələr gətirir,Təzə xəbər gətirir.

Meh əsir sərin-sərin,Yaşıl məxmər çöllərin.Səfası var, səfası...Gözəldir yaz havası.

Hər il çöllər güləndə,Qaranquşlar gələndə.Bağçalara bar gəlir,Ellərə bahar gəlir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar