Daş da duyur
(Daş karxanasında)Polad iskənələrləQayaların döşündə,Çox şəkillər qazdınız.Qaya dinmədi; dözdüSiz daşların dərdini,Qayalara yazdınız.
Daşın da öz dili var,Dilləndi, dillənmədi.Əyilmədi boz qaya,O torpağa enmədi.
Yəqin ki, dillənəcəkQaya, çəkiclə vur sən.Onun cingiltisini,Aydın eşidəcəksən.
Buyur, bu daş, bu da sən,Şübhə etsən, buyur, vurAğrı elə duyğudur,Ağrını daş da duyur.
Kitabxana.az · https://kitabxana.az/works/osman-sarivelli-das-da-duyur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
هر که را روزی لطف تو رعایت نکند
گر دو عالم بدهندش که کفایت نکند
Mürəbbe: Vəd verib mənə gələm demişdinVəd verib mənə gələm demişdin,Gözüm qaldı intizarda gəlmədin.
Kim görübÇirkinliyi pisləməyən olubmu?Gözəlliyi pisləyəni kim görüb?!
GəlinSaldı ol qönçə dəhanın məni sevdaya gəlin,Necə ki gül yanağı bülbülü qovğaya gəlin,