Əməyin, zəhmətin min bir növü var,Şərh etmək çətindir bunu deməklə.Elə hünər var ki, onun məhsulu,Böyük başla olur, böyük əməklə.

Sözə alın təri qarışmış olsa,Əmək unudulmaz, edilməz inkar.Elə yaradaq ki, nəsillər bizi,Yüz il bundan sonra xatırlasınlar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri