Övladlarıma

Hərəniz bir yana çıxıb getdiniz,Üstümə töküldü mənim qəm, kədər.Yəqin dediniz ki, o yorulubdurQafiyə axtarmaz, başı dincələr.

Qayıdıb gördünüz, halım hal deyil,Tökülüb üstümə bütün dərd, ələm.Nişanəm qalmayıb, qəddim əyilib,Elə bil ki, heç mən, o mən deyiləm.

O çalıb-çağıran, o deyib gülən,Atanız gördünüz necə fağırdır.Bircə gün yanımda siz olmadınız,Təklik onda bildim necə ağırdır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri